Makrondan “Qərbdə parçalanma” mesajıbackend

Makron ABŞ-ın iqlim qanununa görə “Qərbdə parçalanma” ehtimalına işarə edib.

“Yeni Gundem” “Financial Times”a istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron respublikanın ABŞ-dakı səfirliyində çıxış edərək, Amerika şirkətlərinə subsidiyalar nəzərdə tutan yeni Amerika inflyasiya və iqlim qanununun (The Inflation Reduction Act, IRA) Qərb ölkələri arasında münasibətlərə mənfi təsir göstərəcəyini bildirib.

“Son bir neçə ayın tədbirləri Qərbi parçalayacaq tədbirlərdir” deyib və əlavə edib ki, Fransa siyasi gündəmləri əlaqələndirməli və yenidən sinxronlaşdırmalıdır.
Daha sonra Konqres Kitabxanasında çıxış edən Makron bu qanunu fransız biznesinə münasibətdə “super aqressiv” adlandıraraq, təşəbbüsün “çox sayda işi öldürəcəyini” izah edib.
“Ola bilsin ki, dövlətlər öz problemini həll etsinlər, “amma siz mənim problemimi daha da şiddətləndirəcəksiniz”- Makron vurğulayıb.

Ayşən

Yenigundem.az