“Makronun əli Qafqazda çox qısadır”backend

“Moskvanın münaqişəyə müdaxilə etməsi mümkümdür”.

Bunu Rusiya Xarici İşlər Nazirliyi MDBMİ-nun aparıcı tədqiqatçısı, “Mejdunarodnaya Analitika” jurnalının baş redaktoru Sergey Markedonov bildirib.

Analitik Fransa prezidentinin Parisdəki mətbuat konfransında söylədiklərinə münasibətini belə ifadə edib: “Daxili siyasi problemlərin həlli naminə prezident Emmanuel Makronun Azərbaycan qoşunlarının Ermənistan ərazilərindən çıxarılmasını tələb etməsi və ya İrəvana hərbi yardım vəd etməsi o qədər də çətin deyil. Ancaq bu gün Fransız paraşütçülərinin Qafqaza göndərilməsi, Qarabağ münaqişəsinin Fransa üçün Afrika və ya Aralıq dənizi hadisələri ilə müqayisə edilə bilən bir şeyə çevrilməsi çətin görünür. Rəsmi Parisin münaqişənin həlli üçün real məsuliyyəti öz üzərinə götürəcəyini təsəvvür etmək çətindir. Ən azı, indiyə qədər Fransa “əsas prinsiplər”dən kənara çıxacaq yeni bir şey təklif etməyib”.

Sergey Markedonov Rusiyanın bölgədə artıq mövcudluğunu xatırladıb. “Həm də sülhməramlı, həm İrəvanın hərbi müttəfiqi və Bakının vacib tərəfdaşı kimi. Ankaradan fərqli olaraq, Rusiya birtərəfli mövqe tutmur. Buna görə də, Moskva türk alqoritmlərini yalnız əks işarəsi ilə prosesi izləyə bilməz. Cənubi Qafqazda yeni müharibə təhlükəsinin qarşısını almaq, beləliklə, Moskvanın ən vacib hədəfi olur. Bu yoldakı vəzifələrdən biri də Ermənistan-Azərbaycan sərhədinin ayırd edilməsidir. Optimal bir nəticə əldə etmək üçün Rusiya hər kəslə münasibətlərdə əlavə gərginliyin yaranmaması üçün hər şeyi edəcəkdir. Ancaq ən pis ssenaridə, Moskva üçün sərt bir cavab fürsəti qalır”.