Makronun ulu babası milyonların oğrusu imiş – Açıqlamabackend

“Bu məsələ ilə əlaqədar parlamentdə,bütün deputatlar öz fikirlərini bildirib və mediada da bu kifayət qədər müzakirə olunudu.Təbii ki, biz öz fikirlərimizi bildirdik. Azərbaycan xalqı, Azərbaycan parlamenti, iqtidar bu məsələni qəbul eləmir və biz bunu rədd edirik. Ona görə ki, mən bunu demişəm, bir də deyirəm, bu, Fransa xalqının fikri, tövsiyəsi, qərarı deyil. Fransan Prezidentinin əsl soyadı Makroyandı.Yəni internetdə bu barədə kifayət qədər məlumatlar var. Makron əsl soyadı Makroyan olan insan Emma Makroyanın oğludur və onun ulu babası Türkiyədə Van şəhərində Makroyan Qrant Mosesoviç bir neçə türk banklarının rəhbəri olub və keçən əsrdə Makroyan Qrant onlarla 1000000 dollar uğrayıb qaçmışdı. Türkiyədən və ondan sonra, nəsli nəcabətinin bir hissəsi İrəvanda, Qalan hissəsi isə Fransaya gəlmişdi və Emma Makroyan gələcəkdə daha rahat yaşamaq üçün Makroyan familiyasını Makronfamiliyasına bunlar dəyişdilər. Makronun ətrafında olan ermənilər, erməni lobbisi təşəbbüskar,saman altda su keçirənlərdir. Bunlar erməni vəsaitindən maliyyəsindən asılı olan insanlardılar.”

Bu sözləri Yeni Gundem”açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.

Millət vəkili Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnamələrindən danışaraq, beynəlxalq müstəvidə işimizi artırmalı olduğumuzu vurğuladı.

“Bir də qeyd etmək istəyirəm, fransız xalqının əlaqədar heç birfikri yoxdur və ola da bilməz. Biz bu məsələni, yəni bu riyakar siyasəti, düşmən siyasətini kifayət qədər parlamentdə müzakirə elədik. Bəzi çox radikal təkliflər var idi, o cümlədən Fransa ilə münasibətləri müəyyən formada dayandırmaq. Amma demarş kimi. Amma mən düşünürəm ki, siyasi məsələdə və biz o qərara gəldi ki, siyasi məsələdə, beynəlxalq müstəvidə biz işimizi artırmalıyıq. Tək Fransada yox,parlament qrupları bütün ölkələrdə öz işini artıracaqlar.  Biz çalışacağıq o biri ölkələrin parlamentlərinə daha da aydın və daha əsaslanmış, formada göstərək ki, Fransada yaranan Azərbaycan xalqına nifrət, Azərbaycan hökumətinə nifrət, bunların kökündə duran hansı amillər var. Və düşünürəm ki, bu, təbii ki, bu bir parça kağızdır. Bunun heç bir təsiri yoxdur, amma yenə də biz gərək işimizi artıraq. Yəni ermənilər görürsünüz ki, revanşist qüvvələr gecə gündüz, iş görürlər, Fəallıq göstərir. Onlar yenə də həmin o dırnaqarası ideyalarla hələ ki, yaşayırlar. Hələ də başa düşməyiblər ki, artıq məsələ tam çözülüb. Bütün dünya bizi dəstəkləyir. Bütün dünya bizə səs verir. Bütün dünya , bizim haqlı olmağımızı qəbul edib ki, istər bizim 44 günlük müharibədən qabaq, istər müharibədən sonra daha da bu tendensiyalar, bu münasibət  güclənib və biz öz siyasətimizi davam edəcəyik və istənilən formada, istənilən ölkədə, istənilən cəmiyyətdə biz öz siyasətimizi artırıb cavabımızı verəcəyik. Bu günə qədər də mənə elə gəlir ki, bizim xalqın narahatçılığı tam formada, Fransa xalqına çatdırılıb. Mətbuatla, Xarici İşlər Nazirliyinin siyasətilə,  addımlarıyla. Ona görə bir də qeyd etmək istəyirəm ki, biz daha da mübariz olmalıyıq. Belə bir addımların qabağında daha da güclənməliyik. Dünyada 12 milyon cəmi erməni var, amma  50 milyondan çox azərbaycanlı var. Biz beş dəfə bunlardan çoxuq. Deməli, 10  dəfə bunlardan güclü, sadəcə olaraq, gərək bizim diasporaların içində də güclü təbliğat getməlidir. Təşviqat getməlidir, diplomatlarımız, daha da güclü işləməlidirlər. düşünürəm ki, Azərbaycan xalqının fransız xalqı ilə kifayət qədər normal münasibətləri var və bu münasibətlərə xələl gətirmək istəyənlər düşmən, riyakar vicdanı olmayan erməni revanşistləri heç nə edə bilməyəcəklər.”

Fərahim Rəhimov