Maksimum bal toplayan məktəbli bu vəzifəli şəxsin qohumudurbackend

Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. İmtahanda 1 nəfər maksimum – 300 bal toplayıb. Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məhəmməd Qurban oğlu Məmmədlidir.

“Yeni Gundem” Manset.az-a istinadən xəbər verir ki, Məhəmməd Məmmədli Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmmədovun qardaşı oğludur.

Onun ailəsi Naxçıvanda kirayə yaşayır. Yüksək nəticə göstərən məktəblinin atası Qurban Məmmədovun iki ali təhsili var, hazırda mühəndis vəzifəsində çalışır. Onun anası ali təhsillidir, hazırda evdar xanımdır.