Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumlar belə olacaqbackend

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına (1 müayinə üçün) görə dövlət rüsumları müəyyənləşir.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin dövlət rüsumları aşağıdakı kimi olacaq:

– Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) – 5 manat;

– Qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) – 4 manat;

– Diri quş və quş əti (1 baş və ya 1 cəmdək) – 0,02 manat;

– Hazır ət məhsulları (hər biri 1 partiya) – 5 manat;

– İçalat, dil, baş, dırnaq (1 partiya) – 3 manat;

– Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya – 3,5 manat;

– Yumurta (topdansatış – 1 partiya (1000 ədəddən artıq) – 2,5 manat;

– Yumurta (pərakəndə satış – 1 partiya (1000 ədədə qədər) – 1,3 manat;

– Süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) – 2,6 manat;

– Arı balı (1 partiya) – 4,5 manat.