Malavidə vəbadan ölənlərin sayı 1002 nəfərə çatıbbackend

Malavi Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart ayında başlayan vəba epidemiyasında son 24 saatda 12 nəfər ölüb, 626 yeni hadisə aşkarlanıb.

“Yeni Gundem” xəbər verir ki, təxminən 20 milyon insan olan ölkədə ümumi yoluxma sayı 29 min 995-ə yüksələrkən, həyatını itirənlərin sayı isə 1002-dir. Səhiyyə naziri Khumbize Kandodo Çiponda ictimaiyyəti gigiyena qaydalarına diqqət yetirməyə və təmiz sudan istifadə etməyə çağırıb. “Vibrio cholerae” bakteriyasının törətdiyi yoluxucu nazik bağırsaq xəstəliyi olan vəba yoluxmuş şəxsdə sulu ishal, qusma və əzələ qıclığı kimi əlamətlərlə özünü göstərə bilər.