Malayziyada Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı sərgi keçiriləcəkbackend

Malayziyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sərgi keçiriləcək

“Yeni Gundem” xəbər verir ki, Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov mayın 5-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə səfər edəcək.

Deputat burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərginin açılışında iştirak edəcək.

Səfər mayın 11-də başa çatacaq.