Malik Ələkbərov: İndiyədək həyata keçirilən 11 Amnistiya Aktı bu qədər şəxsə şamil edilibbackend

“İlkin araşdırmalara görə, Amnistika Aktı Penitensiar Xidmətdə 5 800-ə yaxın, Probasiya Xidmətində 8 800 nəfər məhkuma şamil olunması gözlənilir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu açıqlamasında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir: “Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya Aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir”.