Malik Əyyub Sumbal “Xüsusi Xidmətlərə gərə” ordeni ilə təltif edildibackend

Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Malik Əyyub Sumbalı, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edib.

Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi Nigara Xamrayeva bildirib..
N.Xamrayeva qeyd edib ki, 13 yanvar 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Pakistan ictimai xadimi, siyasi analitik, beynəlxalq jurnalist, Eurasia Media Network-un Baş Redaktoru Malik “Əyyub Sumbalı İnsanlığa xidmətlərinə görə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif olunması barədə əmr imzalayıb.
Malik Əyyub Sumbal, Azərbaycan Respublikasının beynəlxalq arenada haqlı mövqeyinin dəstəklənməsində, Azərbaycanın Ermənistan işğalçılarına qarşı apardığı 44 günlük Vətən müharibəsində beynəlxalq informasiya məkanında mövqelərinin qorunmasında və ədalətli mövqeyinin dəstəklənməsində qətiyyət nümayiş etdirmiş, Azərbaycana qarşı aparılan informasiya hucumlarının və müxtəlif ideloji təxribatların qaşısının alınmasında xüsusi fəallıq göstərmişdir.