Malik Həsənov Cəlilabadda Çiyələk festivalında iştirak etdibackend

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ikinci Çiyələk festivalı keçirildi.

“Yeni Gundem” xəbər verir ki, Çiyələk festivalında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər.

Milli Məclisin deputatı Malik Həsənov qeyd edib ki,ikinci dəfədir təşkil edilən bu məhsul bayramı Cəlilabadda meyvəçiliyin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Çiyələk festivalı həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük maraqla qarşıladığı bir bayramdır deyə deputat qeyd edib.

Yenigundem.az