Malik Həsənovun bacısı oğlu vətəndaşları aldadır? – FOTObackend

Cəlilabad rayon sakini Heydər Əhədov vətəndaşlara qarşı saysız-hesabsız dələduzluq əməlləri törədib. O, insanların etimadından istifadə edərək borc adı ilə onların pulunu alır və geri qaytarmır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə vətəndaşların KİV-lərə göndərdiyi məktubda bildirilir.

Məktubda yazılır ki, özünü deputat Malik Həsənovun bacısı oğlu kimi qələmə verən Heydər Əhədov Bakıda və Cəlilabadda vətəndaşlardan pul alaraq aldadır.

“İndiyə qədər də çoxlu dələduzluqlar edib,  insanların etimadından istifadə edərək borc adı altında pul alır və insanları aldadır. Sonda isə telefonlarını söndürür, başqa nömrələr işlədir. Özünün dediyinə görə, Milli Məclisin deputatı Malik Həsənovun bacısı oğludur. H.Əhədovun dələduz əməllərinin qurbanı olan insanlar Daxili İşlər Nazirliyinə, Cəlilabad Rayon Polis Şöbəsinə xeyli şikayətlər edib. Amma nəticə yoxdur. Cəlilabad Polis şöbəsinin əməkdaşı Heydər Kərimov deyir ki, onu tapa bildiyimizə görə və şikayətlər mülki məsələ olduğuna görə, işə xitam vermişik”.

Daha sonra bildirilir:

“Polis orqanlarının mövqeyindən belə çıxır ki, pul alıb insanları aldatmaq mülki məsələ olduğuna görə, hər kəs bu üsulla dələduzluqlar edə bilər. Və heç kəs də onu həbs etməyəcək.

Məsələn, mart ayından bəri bir vətəndaşın davamlı şikayətlərinə baxmayaraq, Cəlilabad Polis şöbəsi heç bir addım atmır.

Vətəndaşlar diqqətli olsunlar, Heydərin qurbanına çevrilməsinlər. Əks halda, polis də bu dələduzu həbs etməyəcək, cəzasız qalacaq. İtirən yenə də insanlar olacaq. Bu dələduzlar isə öz əməllərini davam etdirəcəklər”.Azsiyaset.com