Manaf Ağayev həmkarını görməməzliyə vurdu – VİDEObackend

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Manaf Ağayev məclislərin birində bir araya gəliblər.

“Yeni Gundem” xəbər verir ki, iki sənətçi arasında buzlar hələ də əriməyib. Bir neçə ay əvvəl Vasifə “dar günümdə yanımda olmadın” deyən Manaf Ağayev ona incikliyinin hələ də keçmədiyini əməlli-başlı hiss etdirib.

Manafın ifası zamanı qarşısında qol qaldırıb bir neçə dəqiqə onun gözünə baxaraq rəqs edən Vasif həmkarının könlünü ala bilməyib. Onun Manaf Vasifdən gözünü qaçırtması ilə diqqət çəkib.

Təxminən 6 ay əvvəl “Səhər mərkəzi” proqramında ad gününü qeyd edən Vasifi təbrikə gələn Manaf ondan incimə səbəbini də açıqlamışdı: “Qəşəngi budur, oxuyum. Niyə dar günümdə mənə dayaq olmadın?” oxuyub. O, bir neçə dəfə sualı təkrarlayaraq Vasifə ünvanlayıb. Vasif isə gülərək “Olmadım” sualını ünvanlayıb. “Əsas odur işıq gələn yer olsun. Bəzən ata ilə oğul arasında da inciklik yaşanır”, – deyə Manaf əlavə etmişdi.

Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə getmişdi. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlamışdı. Az keçmədən müğənni paylaşımını silmişdi.

Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunmuşdu. İfaçı martın 5-də azadlığa çıxıb.

Həbsxanadan çıxdıqdan sonra sənətçi bir çox dostları ilə münasibətini bitirdiyini, incidiyini dilə gətirmişdi.

Mİlli.az