Manaf: “Çörəyimi yeyir, amma naxələfdir” – VİDEObackend

“Əlimdən nə gəlirsə gənc müğənnilərə kömək edib, dəstək dururam. Bunu bilən bilir. Onlar arasında elə ifaçılar var ki, özünə sığışdırmır ona dəstək çıxan insanın adını çəksin”.

“Yeni Gundem” Bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Həmin Zaur” verilişində deyib.

Sənətçi bildirib ki, əl tutduğu gənc ifaçılar ona nankor çıxıb:

“Ağadadaş Ağayev, Qədir Qızılsəs, Baloğlan Əşrəfov mənə dərs keçməsə də, amma onları özümə müəllim bilirəm. Həzm deyilən bir məsələ var. Özü də həmin gənc müğənnilər birbaşa çörəyimi yeyir, mahnılarımı oxuyur, duruşumu, danışığımı, yeriyişimi təkrarlamağa çalışır, amma alınmır. Baxıb, görürsən ki, onların qəlbi xaindir”.