Manaf: “Uşaqlıqdan mindiyim avtomobillərə heç bir yaşıdım əyləşməyib” – VİDEObackend

Müğənni Manaf Ağayev növbəti açıqlaması ilə adından söz etdirib.

“Yeni Gundem” xəbər verir ki, sənətçi qonaq olduğu “Günün sədası” verilişində mülklərindən və avtomobillərindən söz açıb.

Ağayevin sözlərinə görə, pulu olmasa borc-xərc edib özünə ev, avtomobil və geyim alar:

“Şan-şöhrəti deyə bilmərəm amma ev, avtomobil və geyimin “dəlisi”yəm. Pulum belə olmasa borc edib, alacağam. Bu qədər mənim üçün önəm kəsb edir. Uşaqlıqdan mindiyim avtomobillərə heç bir yaşıdım əyləşməyib”.