“Mançester Siti”də koronavirusa yoluxanların sayı artdıbackend

İngiltərənin “Mançester Siti” klubunun daha üç üzvündə koronavirus aşkarlanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə qapıçı Skott Karson, yarımmüdafiəçi Koul Palmer və klubun bir işçisinin testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Həmin şəxslər dərhal karantinə alınıb.

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”də 7 nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı.