“Mançester Yunayted”in baş məşqçisindən Ronaldo açıqlamasıbackend

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonun gələcəyi barədə açıqlama verib.

”Yeni Gündəm” xəbər verir ki, 52 yaşlı mütəxəssis “Brentford”la oyundan öncə jurnalistlərin suallarını cavablandırıb. O, Kriştiano Ronaldonun komandada qalacağını bildirib:

“Kriştiano komandanı tərk etmək istəyir? Bu sizin təhmininizdir, Kriştiano mənə belə bir şey deməyib. Əlimizdəki oyunçuları komandaya sığdırmaq mənim işimdir, onunla da bu mövsüm planlarımız var”.

Qeyd edək ki, 37 yaşlı hücumçu 2021-ci ildə “Yuventus”dan “Mançester Yunayted”ə keçid edib.