Marmarisdə meşə yanğını davam edirbackend

Xəbər verdiyimiz kimi, iyunun 21-i axşam saatlarında Türkiyənin Marmaris şəhərində geniş miqyasda meşə yanğını başlayıb.

“Yeni Gündəm”in “Anadolu” agentliyinə istinadən məlumatına görə, dünən axşamdan etibarən yanğınla mübarizə davam edir.

Yanğının söndürülməsinə təqribən 1600 nəfər, eləcə də 20 helikopter, 39 texnika və 14 təyyarə cəlb olunub.

Yanğın baş verən əraziyə gələn sakinlər də yanğının söndürülməsinə köməklik göstərirlər.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi və daxili işlər naziri Süleyman Soylu helikopterlə yanğın bölgəsinə baxış keçiriblər.

Bununla yanaşı, alovların yaşayış yerlərinə yaxınlaşması səbəbindən 30 evin sakinləri təxliyə edilib.