Masallı Rayon İcra Hakimiyyətində nə baş verir?backend

Masallı İHB-nin Memarlıq və tikinti şöbəsinin müdiri postuna hələ də kadr tapılmasa da,həmin şöbənin  məsləhətçisi İnqilab Mirzəyev də vəzifəsindən azad edilib.

“Yeni Gundem” cənub mediasına istinadən xəbər verir ki,İnqilab Mirzəyev İcra Başçısının digər sərəncamı ilə hazırda vakant olan İHB-nin Yeddioymaq Ərazi Dairəsi üzrənümayəndəliyinə müavin təyin edilib. O həm də Ərazi Nümayəndəsinin səlahiyyətlərini icra edəcək.

Bir neçə il öncə Masallı İHB-nin Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş  Cəmil Məmmədov hazırda çalışdığı Masallı Mənzil İstismar İdarəsinin mühəndisi vəzifəsindən azad edilərək, əvvəllər İHB-də müdir işlədiyi şöbəyə məsləhətçi təyin edilib.

Masallı İHB-nin Viləş kəndi üzrə nümayəndəliyində məsləhətçi-mühasib işləyən Ağamirzə Kərimov Göyəçöl kəndində eyni, məsləhətçi-köməkçi vəzifəsinə təyinat alıb.

Digər təyinat isə Lürən kəndində olub. Dünən, martin 6-da Lürən Ərazi Dairəsi üzrə nümayəndəlikdə müavinlikdən həmin kəndin Ərazi Dairəsi üzrə nümayəndə təyin olunun Aqşin Xəlilovun  yerinə bu gün Tərlan Şahverdiyev təyin olunub.

Fərahim Rəhimov