Masallıda ev yandı, 1 nəfərin meyiti tapıldıbackend

Masallı rayonunun Mollaoba kəndində ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə və 1-ci mərtəbəsində (qaraj kimi istifadə olunur) ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

“Yeni Gündəm” xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.