Masallıda istirahət mərkəzində yanğın: xəsarət alan varbackend

Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb.

“Yeni Gündəm” xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.