Masallıda meşə torpaqları danışır? – FOTOLARbackend

“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova Masallıda meşə torpaqlarının daşınması ilə bağlı özünün sosial şəbəkə hesabında görüntülər paylaşıb.

AFN xəbər verir ki, bu görüntülərdən aydın olur ki, ağır texnikanın köməyi ilə meşə torpaqları və ağaclar daşınır: “Dövlət meşə torpaq fondunda əsaslı tikintinin aparılması, meşə torpaqlarının qazılması, daşınması qəti qadağandır. İctimai nəzarət lazımdı. Amma… Bu da sizə fakt – Masallıda meşələri belə bərbad günə salırlar”.
AFN-ə açıqlamasında G.Səfərova fotoların Masallı rayonu Qəriblər kəndi yaxınlığında lentə alındığını qeyd etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentindən AFN-in məsələ ilə bağlı sorğusuna cavab verilib: “Fotoların hansı ərazidə çəkildiyini və bu ərazinin meşə torpağı, yoxsa bələdiyyə torpağı olmasını dəqiqləşdirmək gərəkdir. Tərəfimizdən bu fotolarla bağlı müvafiq araşdırma aparılacaq və məsələ ilə əlaqədar daha dəqiq məlumat veriləcək. Amma yenə də təbiətimizin qayğısına qalan, hər hansı yerdə baş verən neqativ hallar barədə ictimaiyyəti məlumatlandıran, vətəndaş mövqeyi nümayiş etdirərək ətraf mühitin mühafizəsində bizə köməyini göstərən hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.”

Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -
Masallıda meşə torpaqları danışır? -