Masallıda Yapon hökumətinin tikdiyi 100 min manatlıq zibil məntəqəsində vəziyyət necədir?backend
Cenub.az bildirir ki, 4 il öncə Yaponiya hökuməti humanitar yardım məqsədi ilə Masallıda təxminən 100 min manat dəyərində Zibil Emalı Məntəqəsi tikmişdi. Məqsəd təkcə rayondakı zibilləri təmizləmək yox, onu emal edib pula çevirmək idi. İlk vaxtlar bu məntəqə aya 2-3 min manat pul da qazanırdı. Belə ki, bura daxil olan zibillər – kağız, butulka, dəmir… ayrı-ayrı çeşidlənir, təkrar emala verilirdi. Təkrar emal nəticəsində tonlarla kardon hazırlanır, müvafiq təşkilatlara satılırdı.

Bəs bu gün vəziyyət necədir?

Masallıda Yapon hökumətinin tikdiyi 100 min manatlıq zibil məntəqəsində vəziyyət necədir?

 

Masallının Musaküçə kəndindən Seybətin ərazisinə tərəf gələndə, Sənaye Məhəlləsinin 200-300 metrliyində yerləşən bu Zibil Emalı Məntəqəsi bu gün özü bir zibil meydanına dönüb. İşin düzgün qurulmaması nəticəsində şəhərin zibili bu məntəqənin ətrafında hara gəldi tökülür. Zibillər az qala mərkəzi küçənin yaxınlığına qədər tökülüb. Həmin zibillərin pis qoxusu hətta oradan maşınla keçəndə belə adam uzaqdan vurur. 100 minlik əmlak özü zibilə dönmək üzrədir.

Məsələyə aydınlıq gətirmək üçün “kommunxoz”un, Masallı Kommunal Təsərrüfat İstehsalat Birliyinin yeni müdiri Xudayar Həsənova müraciət etdik. O bildirdi ki, məlum olduğu kimi bu işə təzə təyin olunmuşam. Artıq ora ekskavatorlar ayırmışıq. Təxminən qısa müddətə, yəni, 1 aya orada təmizlik işləri başa çatacaq. Qaldı ki, oradan pul qazanmağa, o barədə məlumatım yoxdur.

Cenub.az. Zahir Əmənov
Masallıda Yapon hökumətinin tikdiyi 100 min manatlıq zibil məntəqəsində vəziyyət necədir?