Masazırda 11 yaşlı uşaq bıçaqlanıbbackend
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Yeni Gündəm” report-a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb. O, əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.