Masazırda işdən çıxarılan direktorla bağlı nazirə və Əmək müfəttişliyinə müraciət edildibackend
Naxçıvan dövlət universitetin fərqlənmə ilə bitirmişəm,  25 ildi petoqoji stajım var. diaqnostik balım 42 olmasına baxmayaraq Masazır 3 saylı orta məktəbin direktoru sinifi əlimdən alaraq başqasını adına açdı.  Mən ona bunun qaniunsuz olmasını desem də, məni uzaqda tutaraq, səbəb 2013 -ci ildə işə girməyimi göstərdi.


“Yeni Gündəm”in xəbərinə görə, bu sözləri Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Şəhla İdris qızı
açıqlamasında sözügedən məktəbin direktoru tərəfindən haqsızlıqla qarşılaşdığını bildirir. Şəhla xanım onuda qeyd edib ki, bir neçə aydır məktəb direktoru qanunsuz əməllərinə görə işdən azad edilib, hazırda məktəbdə yoxlamalar aparılır.

“Mən – 25 il stajlı ibtidai sinif müəllimi Abşeron rayonu Masazır 3 saylı orta məktəbdə açılan yeni sinif  ilə bağlı Təhsil nazirinə, Əmək müfəttişliyinə və RTŞ -nə müraciət yazmışam. Bildirmişəm ki, direktor pul müqabilində siniflər açır, müəllimlərin əvəzçilik haqlarını ödəmir. Dərslər sənəd üzərində bir müəllimin adına yazılır, dərsi tamam basqa müəllim keçir, ölü canların isə pulunu vaxt ilə direktor alıb. Vəziyyətin belə olması direktorun özəl qanunlarından qalmadı. Bir neçə ay öncə işdən çıxarılan direktor Lalə Quliyevanın idarəsizliyindən yaranan problem onun günahıdır, mən doğal haqqımı istəyirəm.”

Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Şəhla İdris qızı ərizəsini olduğu kimi təqdim edirik:İxam.az