Maskalı şəxs oğurluğa girdiyi evi yandırmağa cəhd edibbackend

Tovuz rayonunda maskalı şəxs ev sahibini hədələyərək evdən qızıl və pul aparıb.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

İlkin məlumata görə, ev sahibi Anar Süleymanovun evdən getdiyini gördükdən sonra evə yaxınlaşan bir nəfər özünü su idarəsinin işçisi kimi təqdim edib. O, evə daxil olduqdan sonra qapını açan ev sahibinin həyat yoldaşına fiziki güc tətbiq edərək qızılların və pulun yerini soruşub.

Qadın bundan imtina etdiyi üçün maskalı şəxs onun evdə olan azyaşlı oğlunu boğmaqla hədələyib. Bu zaman qadın evdə olan müəyyən məbləğdə pulun və qızılın yerini deyib. Nəticədə naməlum şəxs evdən qızılları və pulu götürüb. Gedərkən isə məktub yazaraq ev sahiblərini ölümlə hədələyib, izi itirmək üçün evi yandırmağa cəhd edib.

Əraziyə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.

APA