“Maştağa 1 N-li internat” sözlərinin müəllifi Türkiyədə tələbə oldubackend

Vətən müharibəsi iştirakçısı olan Elçin Əhmədovun ali təhsil almaq arzusu reallaşıb.

“Yeni Gündəm” xəbər verir ki, o, Türkiyədə Atatürk Universitetinə qəbul olunub.

E.Əhmədov “İşlətmə – biznes” ixtisası üzrə qiyabi təhsil alacaq.

Bu arzusunu gerçəkləşdirməkdə ona sosial şəbəkə fəalı Vəfadar Babayev dəstək olub.

Qeyd edək ki, Elçin Əhmədov hər iki valideynini itirdikdən sonra, 6 yaşından etibarən dövlət himayəsində böyüyüb.

O, Vətən müharibəsində Qarabağdakı tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşmışdı.