Maştağada “Moskviç”ini ağaca vuran sürücü öldübackend

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Yeni Gündem” xəbər verir ki, qəza yanvarın 15-də saat 19 radələrində qeydə alınıb.

Qəsəbə sakini Namiq Məmmədov idarə etdiyi “Moskviç” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.