“MathCamp 2023” adlı riyaziyyat düşərgəsi yenidən başlayırbackend

Quba rayonunda tələbələr üçün “MathCamp 2023” adlı riyaziyyat düşərgəsinin növbəti mövsümü başlayır.

“Yeni Gundem” xəbər verir ki,düşərgədə iştirak etmək istəyənlər 10 mart tarixinədək https://forms.gle/jfM93oR2BZCvBBYP7 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində iştirak etməlidirlər.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında:

🔹 bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri;

🔹 magistratura və doktorantura səviyyəsində təhsil alanlar;

🔹 qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.

Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən inteqrativ təlim, alqoritmik yanaşma, məsələ həlli və ali riyaziyyat elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminar və təlimlər təşkil ediləcək. Eyni zamanda, iştirakçıların dərsdənkənar asudə vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar və musiqili-əyləncəli proqramlar da mövcud olacaq.

Fərahim Rəhimov