May ayı bu bürclər üçün uğurlu olacaqbackend

“Yeni Gundem” bildirir ki, may ayı bu bürclər üçün uğurlu olacaq:

Qoç

Fortuna (uğur, şans ilahəsi) sizin tərəfinizdədir və mütləq karyerada yüksəlməyə və möhtəşəm nəticələrə nail olmağa kömək edəcəkdir. Bütün aylarda işinizdə uğurlu nəticələr əldə etməyə kömək edəcək güc, enerji və yaradıcılıqla dolu olacaqsınız. May ayı sərfəli və perspektivli təkliflərlə zəngin olacaq, bu yaxşı dövrü qaçırmayın. Ancaq dostluq və biznesi bölüşməyə çalışın, çünki iş qurmaq istəsəniz bu yaxınlarınızla birgə qazanc, güclü dostluq münasibətlərini poza bilər.

Buğa

Sizi əsl transformasiyalı ay gözləyir, keyfiyyət dəyişiklikləri eqonuza təsir edəcək və fayda verəcək. Dəyişikliklərdən və komfort zonasını tərk etməkdən qorxmayın, müəyyən edilmiş qayda və prinsiplərinizə baxmayaraq, işlərinizi böyütmək üçün gözəl fürsətlər yaranacaq. Keçmişlə vidalaşmağın əsil vaxtıdır.

Tərəzi

Hörmətli Tərəzilər siz hakim planetinizin son dərəcə aktiv olacağı bir vaxtdasınız. Bu bürcün nümayəndələri özlərində güc hiss edəcəklər. Enerjiniz köhnə işləri yoluna qoymağa kömək edəcək. İşinizdə hər şeyi qaydasına salarkən sağlamlığınıza laqeyid yanaşmamalısınız. Check-up müayinələrinizi unutmayın. Yemək vərdişlərinizi nizamlamaq özünüzü daha yaxşı hiss etmənizə səbəb olacaq. 10 Maydan etibarən Merkurinin dövrü möhtəşəm planlarınıza düzəlişlər edəcək.

Oxatan

May ayı yaradıcı insanlar üçün əlverişli dövrdür. Ulduzlar Oxatanlara tam potensiallarını reallaşdırmaq istiqamətində kömək edəcəklər. Bəlkə də hansısa bir hobbinizi qazanc mənbəyinə çevirəcəksiniz. Amma bütün maliyyə hədəfləri ciddi planlar qurmaqla əldə edilə bilər. Plansız cəhdlər uğursuzluqla nəticələnə bilər.

Oğlaq

Uzun və çətin illərdən sonra həqiqətən dərindən ah çəkdiyiniz bir dönəmə qədəm qoyursunuz. May ayı Oğlaqlar üçün həyatın bir çox sahələrində – karyeradan tutmuş sevgiyə qədər uğurlu olacaq.

Emosiyalarınızın, yaradıcılığınızın inkişaf etdiyi bir aya qədəm qoyursunuz. Hətta bəlkə də itirdiyiniz sevinci tapa bilərsiniz. (publika)