Mebel fabrikində yanğın – HƏR YER TÜSTÜYƏ QƏRQ OLDUbackend

Mebel fabrikində yanğın başlayıb.

“Yeni Gundem” xəbər verir ki, hadisə Ankaranın Kahramankazan rayonunda baş verib.

Məlumata görə, Bitik Məhəlləsində fəaliyyət göstərən mebel fabrikində saat 12:00 radələrində naməlum səbəbdən yanğın baş verib. İşçilər təxliyyə edilərkən yanğınsöndürənlərə məlumat verilib. Bölgəyə çoxlu sayda yanğınsöndürən, polis və sağlamlıq qrupları sövq edilib.

Yanğınsöndürmə işləri davam edir.

Zavoddan çıxan tüstü bütün səmanı bürüyüb. Yanğınsöndürənlər hadisənin qarşısını almağa çalışsa da, küləyin təsiri ilə alov fabrikin böyük bir hissəsinə keçib. Bəzi işçilərin tüstüdən təsirləndiyi bildirilib. Onlara təcili tibbi yardım əməkdaşları ilkin yardım göstəriblər.

Yanğınsöndürənlər yanğını söndürməyə davam edir.