Mebel istehsalçılarının yerində uçan divar yük maşını iki yerə bölübbackend

İstanbulun İkitelli qəsəbəsindəki mebel ustaları sahəsində güclü yağış nəticəsində divar uçaraq yük maşını yarıya bölünüb.

“Yeni Gundem” xəbər verir ki, İstanbulda gecə saatlarında yağan güclü yağış İkitellidəki mebel istehsalçılarının sahəsinə böyük ziyan vurub.
Daşqın səbəbindən ərazinin divarı dayanmış yük maşınının üzərinə uçub.

Uçağın gücü ilə yük maşını iki yerə bölünüb.