Məcburi köçkünlər üçün tikilən evlər şəhid ailələrinə BU TARİXDƏ veriləcək – AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi məcburi köşkünlər üçün tikilən evlər şəhid ailələrinə veriləcək. Bu gün hər kəsi maraqlandıran sual, bu, evlərin şəhid ailələrinə nə zaman təhvil verilməsidir.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə cənab prezident bununla bağlı fikirlər səsləndirdi. Məcburi köçkünlər üçün nəzərdə tutulan evlər şəhid ailələrinə veriləcək.

Burada həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan vətəndaşlarımızın ailələri nəzərdə tutulur. Bu, evlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikilmişdi. Lakin bu gün o evlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verildi. Təbii ki, bu müəyyən vaxt tələb edən bir prosesdir. Sənədləşmə başa çatdıqdan sonra, bu evlər şəhid ailələrinə veriləcək.

Bununla bağlı məcburi köçkünlərə də müraciət olunub. Onlar artıq məcburi köçkün deyil. Çox yaxın vaxtlarda dədə-baba yurdlarında onlar üçün lazım olan şərait yaradılacaq və yerləşdiriləcəklər. Bunun üçün də konkret vaxt müəyyən olunmayıb. İnanıram bu ilin birinci yarısında sahiblərinə veriləcək. Artıq demək olar ki, o evlər hazırdır. Sadəcə sənədləşmə işləri qalıb. Bu da hesab edirəm ki, təxminən ilin birinci yarısında yekunlaşacaq”.