Məcburi köçkünlərin qayıtması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

“Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yazılıb.

“Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir. Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, – məlumatda qeyd edilib.