“Mədəkiçiltmə əməliyyatından sonra elə bir vəziyyətə düşürsən ki…“backend

Mədəkiçiltmə əməliyyatından sonra 37 kiloqram çəki atan Əməkdar artist Mətanət İsgəndərli görünüşü ilə təəccübləndirib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb:

“37 kiloqram arıqlamışam. Əslində, 40 kiloqram çəki atmışdım, evdə dedilər ki, bu qədər olmaz. Ondan sonra bir-iki kiloqram kökəldim. Az-az yeyirəm, gözüm heç nədə qalmır. Az-az, amma tez-tez qidalanıram. Mədəkiçiltmə əməliyyatından sonra elə bir vəziyyətə düşürsən ki, şirniyyat istəmirsən”.