Mədəndəki çökmə ilə bağlı araşdırmalara başlanılıbbackend

Ereğli Respublika Prokurorluğu TTK Armutçuk Müəssisəsindəki mədəndə çökmə ilə əlaqədar istintaq başlatdı. Hadisə ilə əlaqədar 1 prokuror vəzifələndirildi.

“Yeni Gundem” xəbər verir ki, Türkiyə Taşkömürü Müəssisəsinin (TTK) Armutçuk Müəssisəsinin şaxtasında dünən baş verən çökmə nəticəsində 1 işçi ölüb, 6 işçi yaralanıb.
Hadisədən sonra Ereğli Respublika Prokurorluğu çökmə ilə bağlı istintaq başlatdı.

Türkiyə Taşkömür İdarəsi hadisə ilə bağlı araşdırma başlatarkən, xəstəxanadan 2 işçi evə buraxılıb, 1 işçinin müalicəsi davam edir.