Mədət Quliyev ermənilərdən qənimət kimi götürülən silahların aqibətini açıqladıbackend

“Xeyli sayda hərbi sursat qənimət kimi götürülüb. Çoxlarını erməni əsgərlər təzyiq altında atıb getmişdi, çoxu işləyirdi”.

“Yeni Gündəm” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

“Qalanı da Müdafiə Nazirliyi ilə birgə təmir olunub, istifadəyə verilib”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi ilə bir sıra inkişaf etmiş dövlətlər arasında müqavilələr var:

“Prezident 2050-ci ildə istifadə oluna biləcək silahların üstündə işləməyi bizə tapşırıb”.