Mədət Quliyev generalı özünə müşavir təyin etdibackend

Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.

“Yeni Gundem” Unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Müdafiə Sənayesi nazirliyinin Mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.