MEDİA-nın jurnalistlər üçün keçirdiyi təlim davam edirbackend

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında keçirilən təlimlər davam edir.

“Yeni Gündəm” xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.

Qrupların hər birində 20 nəfər iştirak edir.

Oktyabrın 6-da ikinci qrupun təlimləri başlayıb.

İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

Xatırladaq ki, okyabrın 4-dən başlayan təlimlər oktyabrın 8-dək davam edəcək.