Mediada sağlamlığın qorunmasına zidd hərəkətlərin təbliğinə görə cərimələr bu qədər olacaqbackend

Media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə cərimələr dəyişir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək cərimələnəcəklər.