Mədinənin dəhşətli həyatı: Mənə 386 dəfə təcavüz etdilər… – VİDEObackend

İnsan alverinin faciəvi qurbanı olmuş Mədinə öz yaşadıqlarını danışıb. 

“Yeni Gündəm” xəbər verir ki, Mədinə “Dalan 18+” layihəsində başına gələnlərdən söhbət açıb.

Anası tərəfindən  hələ üç aylıq olanda zibil qutusuna atılan Mədinəni internata təhvil veriblər. Talesiz qız internatda çox əziyyət çəkdiyini, işgəncə gördüyünü iddia edir:

“Müəllim dedi ki, dur xalça toxu. Xəstə idim. Dedim ki, toxuya bilmərəm. Müdir gəldi və məni götürüb peçin üstündə oturtdu. Bir nəfər gəlib məni götürdü, paltarımı söndürdü. Ayaqlarım yanmışdı. 8 il əlil arabasında qaldım.

Arifə adlı qadın gəlib dedi ki, iş axtaran qızları Türkiyəyə aparacağıq. Məni də aldatdı və apardıqları yerdə fahişəliyə cəlb etdilər. Bir ay ərzində məni, demək olar ki, 386 nəfər zorlayıb. Bir gündə 12 nəfər, elə olurdu 24 nəfər məni zorlayırdı”.

Daha ətraflı təqdim etdiyimiz videodan baxa bilərsiniz: //Baku.ws

BNA-nın əməkdaşları Bakıda insanları niyə izləyir? – Millət vəkili hər şeyi açıqladı… / VİDEO

 12:54 12.09.2020     424

“Bakıda BNA-nın 500-600 əmkdaşı var ki, insanları qarabaqara izləyib, şəkillərini çəkirlər. Bunu tək mən yox, onlarla deputat qətiyyətlə bəyənmir və tənqid edir. Əgər siz bir dövlət qurumunun nümayəndəsisinizsə, ilk növbədə, gəlib vətəndaşlara izah eləməlisiniz ki, burada avtomobil saxlamaq olmaz. Şəkil çəkəndə bunu mütləq bildirmək lazımdır, gizli çəkib qaçmaq, gizlənmək yox!”.

Bu sözləri Redaktor.az-a millət vəkili Rufət Quliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətində olan problemlərdən danışarkən deyib. O bildirib ki, BNA-nın kifayyət qədər yaxşı işləri də var, amma müəyyən məsələlər bu qurumun işinə kölgə salır:

“Misal üçün, taksilərin fəaliyyəti ilə bağlı agentlik tərəfindən səsləndirilən təklif heç də dügün deyil. Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. Ölkədə 40 minə yaxın insan taksi əaliyyəti ilə məşğul olur. Bu insanlar çörək pullarını qazanırlar. Bu 40 minin ailə tərkibini də 4 nəfərdən götürsək, bu da 160 min edir. Yəni, 160 min insanın çörəyi bu sahədən çıxır. Bu insanların işinə müdaxilə etmək, gərginlik yaratmağa dəyməz”.

Millət vəkili BNA əməkdaşlarının gizli şəkildə avtomobilləri çəkdiyini bildirib:

“Təsəvvür edin ki, çəkib gedəndən sonra vətəndaşa SMS göndərirlər ki, 20 manat cərimə olunmusunuz. Hələ 2 manat guya güzəşt edirlər. Bu qəti şəkildə düzgün deyil. Dövlət qurumunun nümayəndəsi gəlib vətəndaşa qanunu pozduğunu bildirməlidir. Gözümlə görmüşəm ki, şəhərdə taksi sərnişini düşürdəndə BNA-nın əməkdaşları şəklini çəkib, sonra qaçdılar. Bu nə deməkdir?! Taksi gedə-gedə sərnişin özünü atmalıdır? Əlbəttə ki, bu, dözülməz bir haldır”.

Qeyd edək ki, millət vəkilinin geniş müsahibəsini aşağıdakı videodan izləyə bilərsiniz:

Mahir Xəttab \ Redaktor.az