Medvedev istefasından öncə büdcədən 127 milyard xərcləyibbackend

Dmitri Medvedev yanvarın 15-də Rusiya Baş Naziri vəzifəsindən istefa verməzdən öncə “Lider” atom buzqıran gəmisinin tikintisi üçün büdcədən 127 milyard rubl (3,5 milyard AZN) ayrılması barədə sərəncam imzalayıb.

“Yeni Gündem” xəbər verir ki, sənəd hüquq məlumatları üzrə rəsmi internet portalında dərc olunub.

Vəsaitin ayrılması 2020-2027-ci illəri əhatə edir. Sənəddə qeyd edilib ki, dünyanın ən güclü buzqıranı olacaq gəmi 2027-ci ildə təhvil verilməlidir.

Məlumata görə, gəmi Şimal dəniz marşrutu yolunda il boyu naviqasiyanı təmin edəcək

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti yanvarın 15-də istefa göndərib. Yanvarın 16-da Baş Nazir postuna Mixail Mişustin təyin olunub.

Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib.