Məhbus: Bu bayram sevincini  bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəmbackend

8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktının icrası Ədliyyə Nazirliyi tərəfindən uğurla davam edir.

Dekabrın 3-də amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1, 2, 15, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub. Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb.

O, məhkumlardan biri Muxtarov Tahir “Yeni Gündəm”ə açıqlamasında  2 il  6- cı ayında azadlığa buraxıldığını bildirib:

Açığı əfv fərmanına düşəcəyimizi gözləmirdim. Mən bu gün azadlığıma qovuşacam.Cəzamın qurtarmağına 4 ay 25 gün qalıb. Cənab prezidentin imzaladığı fərmana əsasən azadlığa buraxıldım. Bu bayram sevincini  bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm. Allah heç kimin yolunu bura salmasın.

Buradan Ali Baş Komandanımıza  can sağlığı və uzun ömür arzu edirəm.