Məhbusların azad edilərək cəbhəyə göndərilməsi təklif edildibackend

Vəkil Anar Qasımlı ölkə üzrə bütün daxili çəkişmələrin dayandırılmalı olduğunu bildirib.

“Yeni Gündəm” xəbər verir ki, hüquqşünas bu barədə öz şəxsi “Facebook” hesabında yazıb: “Oğlu, qardaşı, əri ön cəbhədə olan cavabdehlə məhkəmədə “döyüşmək” ağır gəlir, mənəvi əzab verir. Bütün daxili çəkişmələrimizi dayandırmalıyıq. Hərbi vəziyyət rejimində məhkəmələrdə mülki və kommersiya mübahisələrinə baxılması dayandırılmalıdır.

Cinayət işlərinə baxılması sürətləndirilməli, mümkün olduğu həddə, bu gün düşmənə qan uddurmağa qadir olan, hansısa səhvinə görə cəza çəkən oğullarımız həbsdən azad edilməlidir.

Dövlətə qarşı törədilmiş cinayətlər, xüsusilə ağır cinayətlər istisna olmaqla, digər cinayət işləri üzrə alternativ cəzalar tətbiq olunmalı, iqtisadi cinayətlərə görə həbsdə olan xakerlərimiz azad edilməli və informasiya müharibəsinə cəlb olunmalıdır. Cəbhədə darmadağın olan düşməni informasiya müharibəsində də dağıtmalıyıq”.Sfera