Məhkəmə “Avrora” şirkətinin əməkdaşı ilə bağlı qərar verdibackend

Bərdədə təqsirləndirilən Qalib Bəşirovun (şərti) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

İttihama görə, Qalib Bəşirov “Avrora” MMC-də Anbar Təsərrüfatı və Loqistika Departamentində sürücü vəzifəsində işləyib. O, Bərdə rayonunda çalışdığı müddətdə 2021-ci ilin noyabr ayında şirkətə məxsus ümumilikdə 13135 manat məbləğində energetik içkilərini dələduzluq yolu ilə ələ keçirib. Bərdə Rayon Məhkəməsinin hökmü ilə Qalib Bəşirov 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin olunub, Bərdə Rayon Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib, ona 2 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Daha sonra qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.