Məhkəmə “WikiLeaks”in qurucusu ilə bağlı qərar çıxardıbackend

Londonun Vestminster və Maqistrates məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məhkəmənin yaydığı məlumatda deyilir.

Onun ABŞ-a ekstradisiyası ilə bağlı son qərarı Britaniyanın daxili işlər naziri Priti Patel verəcək.

Qeyd edək ki, Assanj ABŞ tarixinə məxsus ən böyük məxfi məlumatların sızdırılmasın ilə bağlı cinayətlərdə ittiham olunur və onu 175 il həbs cəzası gözləyir. Əlavə edək ki, Priti Patelin ekstradisiya ilə bağlı qərar verəcəyi təqdirdə belə Assanjın London Ali Məhkəməsinə apeyasiya ilə müraciət etmək imkanı var.