Məhkəmələr də cərimələnsin – Siyavuş Novruzovbackend

“Məhkəmə cərimələnmə siyasətində maraqlı olacaq. Çünki bu cərimələr onun işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruz Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ikinci problem düzgün qərar çıxarmamaqla bağlıdır: “Bunun ziyanı vətəndaşa dəyir. Buna görə məhkəmələr cərimələnməlidir. Azərbaycandan AHİM-ə gedən işlərin çoxunda Azərbaycan hökuməti məhkəmənin düzgün qərar çıxarmamasına görə cərimə ödəyir. Əslində məhkəmə insanların haqlarını müdafiə etməlidir. Bu gün biz qəbul etdiyimiz bu layihə ilə yalnız məhkəmənin haqlarını müdafiə edirik, vətəndaşın yox…”