Məhkum: Həbsxana ağıllı adamın yeri deyilbackend

8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktının icrası Ədliyyə Nazirliyi tərəfindən uğurla davam edir.

Dekabrın 3-də amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1, 2, 15, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub. Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb.

O, məhkumlardan biri Məzahirov Allahverdi Ziyəddin oğlu “Yeni Gündəm”ə açıqlamasında  2 il  2- ci ayında azadlığa buraxıldığını bildirib:

“Azadlığıma 4 ay 1 günüm qalmışdı. Açığı belə bir sürpriz gözləmirdim. Bizə yaratdığı bu şəraitə görə cənab prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində bugün biz ailələrimizə qovuşacağıq. Buradan Ali Baş Komandanımıza  can sağlığı və uzun ömür arzu edirəm.

Açığı əfv fərmanına düşəcəyimizi gözləmirdim. Mən bu gün azadlığıma qovuşacam.  Bir daha bura düşmək istəmirəm. Bundan sonra da cəza çəkmə müsəssisəsinə gəlməyi düşünmürəm. Ailənin yanında olmaq yaxşıdır. Həbsxana ağıllı adamın yeri deyil. Ağıllı adamın yeri ailədir. Ailəm balalarım, nəvələrim üçün çox darıxmışam”.

Təbriz Məhərrəmoğlu

Yenigundem.az