Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları təsdiq edildibackend

“Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin kollegiyası qərar qəbul edib.

Mehmanxanalar təqdim edilən xidmətlərin keyfiyyət səviyyəsinin müvafiq ulduz dərəcəsinə mütənasibliyini göstərən kateqoriyalar üzrə təsnifatlaşdırılır.

Mehmanxanaların ulduz dərəcələri aşağıdakı cədvəldə göstərilib:

Ulduz dərəcəsinin işarəsi Ümumi təəssürat
1* Nömrə fondunun və digər zonaların işlək və təhlükəsiz vəziyyətdə olan avadanlıqlar və mebel ilə təchiz edildiyi, gündəlik təmizliyin təmin edildiyi aşağı büdcəli mehmanxana;
2* 1* dərəcəsini təsvir edən tələblər ilə bərabər səhər yeməyinin çeşidli şəkildə təqdim edildiyi aşağı büdcəli mehmanxana;
3* 2* dərəcəsini təsvir edən tələblər ilə bərabər keyfiyyətli mebel və avadanlıqların olduğu və komfortun təmin edildiyi mehmanxana;
4* 3* dərəcəsini təsvir edən tələblər ilə bərabər, ən azı 3-dən çox müxtəlif növ xidmətlərin və komfortun təmin edildiyi mehmanxana;
5* 4* dərəcəsini təsvir edən tələblər ilə bərabər, dəbdəbəli dizayn və təchizata malik olan və komfortun təmin edildiyi mehmanxana.