Mehriban Əliyeva haqqında sənədli film hazırlandıbackend

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında “Birinci xanım” adlı sənədli film hazırlanıb.

“Yeni Gündəm”-in xəbərinə görə, sənədli film Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirir.

Sənədli film avqustun 26-da saat 15:00-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.