Mehriban Əliyeva qalib idmançıları təbrik etdibackend

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, Mehriban Əliyevanın instaqram hesabında bununla bağlı paylaşımında deyilir:

“Bu günədək olan nəticələrə əsasən, Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”